Loading...
Saat hələ altını göstərirdi, amma qrupumuz artıq Bakının səhər sərinliyində Şəmkir-Gədəbəy marşrutuna çıxmağa hazır idi. Bu marşrut həm bizim üçün, həm də iştirakçılarımızın çoxu üçün ilk dəfə sınanan istiqamət idi, ona görə hər kilometr yeni bir gözlənti daşıyırdı. İki gün ərzində Alman irsindən tarixi körpülərə, dağ kəndlərindən çay kənarındakı piknik süfrələrinə qədər Şəmkir və Gədəbəyin ən dəyərli guşələrini gəzdik.


Saat hələ altını göstərirdi, amma qrupumuz artıq Bakının səhər sərinliyində Şəmkir-Gədəbəy marşrutuna çıxmağa hazır idi. Bu marşrut həm bizim üçün, həm də iştirakçılarımızın çoxu üçün ilk dəfə sınanan istiqamət idi, ona görə hər kilometr yeni bir gözlənti daşıyırdı. İki gün ərzində Alman irsindən tarixi körpülərə, dağ kəndlərindən çay kənarındakı piknik süfrələrinə qədər Şəmkir və Gədəbəyin ən dəyərli guşələrini gəzdik. Növbəti sətirlərdə bu səyahəti addım-addım sizinlə bölüşürük.
Bakıdan saat 06:20-də yola çıxdıq. Yol hələ yeni başlasa da, avtobusda söhbətlər tez qızışdı - iştirakçılar bir-birini tanımağa başladı, ilk təəssüratlar paylaşıldı. Bir neçə saatlıq rahat səyahətdən sonra Şəmkirə çatdıq. Bizi burada qarşılayan şəxs isə bu iki günün ən vacib simalarından biri oldu: yerli ekspertimiz Musa.

Musa illərdir turizm sahəsində çalışır və Şəmkir-Gədəbəy-Daşkəsən bölgəsini demək olar ki, addım-addım tanıyan təcrübəli bələdçilərimizdən biridir. Trip8 olaraq məqsədimiz onun bilgisi ilə səyahətçilərimizə keyfiyyətli və etibarlı bir təcrübə yaşatmaqdır. Yol boyu qarşılaşdığımız kiçik çətinliklərdə də iştirakçılarımızın yanında oluruq və problemi mümkün qədər tez həll etməyə çalışırıq, çünki hər qonağımıza qayğıkeş yanaşmaq bizim üçün önəmlidir. Musa ilə tanışlıqdan sonra nahar üçün yerli bir restorana yollandıq.

Restoranda yeməklər təbii və dadlı idi, sonrakı gəzintiyə güc topladıq. Nahardan sonra şəhərin mərkəzində Alman irsini kəşf etməyə yollandıq. 1818-ci ildə Vürtemberq bölgəsindən köçən alman ailələri burada Annenfeld koloniyasını saldılar; koloniya adını imperator I Pavelin qızı Anna Pavlovnadan götürüb. Səliqəli daş evlər, dar küçələr və yaşıl parklar arasında gəzərkən özümüzü bir anlığa o dövrdə hiss etdik. Xüsusilə Lüteran kilsəsinin gəzintisi yaddaqalan oldu: kilsənin demək olar ki, hər detalı Almaniyadan gətirilib və bu günə qədər öz orijinallığını qoruyub. Bələdçimiz Musa bu tarixi bizə addımbaşı danışdı, koloniyanın bugünkü izlərini göstərdi və köçün necə baş verdiyini bizə izah etdi. Alman irsi ilə vidalaşandan sonra növbəti dayanacağımıza, Gədəbəyə doğru yola düşdük.
Şəmkirdən Gədəbəyə gedən yol bizi fərqli bir mənzərəyə apardı: uca qayalardan tökülən Şır-Şır şəlaləsi, qədim Alban məbədi və bölgədə qorunub saxlanılan Alman evləri. Hər dayanacaqda Musa yerin tarixini və bugünkü əhəmiyyətini bizə izah etdi, beləcə gəzinti sadə bir marşrutdan daha çox kiçik bir tarix dərsinə çevrildi. Axşam düşərkən Qumlu kəndində yerli bir evdə qonaqladıq. Samovar çayı ətrafında keçən səmimi söhbətlər, təmiz dağ havası və əyləncəli oyunlarla günü başa vurduq - sabahkı gün üçün gücümüzü topladıq.

Səhər açılanda Musa artıq samovarı qaynatmış, süfrəni açmışdı. Bal, qaymaq, pendir və kənd yumurtası ilə enerjili bir səhər yeməyindən sonra günə hazır idik. Günün ilk dayanacağı məşhur Simens (Qanlı) körpüsü oldu. Körpü 1879-cu ildə Siemens qardaşları tərəfindən Gədəbəy-Qalakənd dəmir yolu xətti üçün inşa edilmiş yeddi körpüdən biridir və Cənubi Qafqazın ilk dəmir yolu xəttinə xidmət edib. Yerli əhali arasında “Qanlı körpü” adı ilə tanınan bu abidə haqqında Musa bizə bölgədə dolaşan tarixi rəvayəti də danışdı - hekayə bir anlığa hamını sükuta çəkdi. Burada fotolar çəkdik və körpünün ətrafında bir müddət gəzişdik.
Buradan bir qədər aralanıb yerli sakinlərin Zınqırovlu adlandırdığı daş körpüyə baxdıq və Şəmkirçayın mənzərəsi qarşısında qısa çay fasiləsi verdik. Bölgədə XIX əsrin sonlarına aid bu cür daş körpülər hələ də qorunub saxlanılır və Gədəbəy səyahətinin ayrılmaz hissəsinə çevrilib.

Körpülərdən sonra gün bizə fərqli bir ovqat vəd edirdi. Klassik UAZ ilə Şəmkir çayı boyunca etdiyimiz off-road sürüş günün ən canlı məqamlarından biri oldu - dolanbac dağ yollarında keçirdiyimiz bu qısa macəra bütün qrupu bir az da həyəcanlandırdı. Sürüşdən sonra çay kənarındakı piknik məkanımıza çatdıq. Hava 23 dərəcə idi, Bakıda isə həmin gün istilik 32 dərəcəyə çatmışdı - fərq özünü dərhal hiss etdirdi.
Təbiətin qoynunda gədəbəy kartofu, pomidor-yumurta, qarpız-pendir və yemişlə naharımızı etdik. Ən yaddaqalan hissə isə Musanın apardığı arıçılıq və bal ekskursiyası oldu: o, illərdir arıçılıqla da məşğul olur və bu təcrübəni bizimlə səmimi şəkildə bölüşdü. Bəzi iştirakçılarımız fürsətdən istifadə edib dağ yamaclarından təbii kəklik otu topladı; nahardan sonra bu otla dəmlənən samovar çayı süfrəmizə xoş bir ətir qatdı və iki günlük marşrutu isti bir notla bağladı.

Piknikdən sonra Qumlu kəndinə, oradan da Bakıya doğru yola düşdük. İki günlük bu marşrut bizə həm yeni yerləri kəşf etmək, həm də xoş xatirələr toplamaq imkanı verdi. Yolda geri qayıdarkən iştirakçılarımızdan təəssüratlarını bizimlə bölüşmələrini xahiş etdik.

Marşrutumuzun iştirakçılarından biri, Türkiyədən qatılan İbrahim Kaya, təcrübəsini bizimlə bölüşdü:
“Fırsat buldukça Azerbaycan dahili turlara katılıyorum. Bu hafta sonu ilk defa Turla Travel şirketiyle Şemkir ve Gedebey turuna katıldım. Trip8 temsilcisinin samimi ilgisi, ulaşımı sağlayan şoförümüz Faiq bey’in güvenli sürüşü ve Gedebey’de bize eşlik eden yerel beledçi Musa bey’in bilgisi ve yakından ilgilenmesi ile çok güzel bir gezi programı gerçekleştirdik. Hem Şemkir’in hem de Gedebey’in görülmesi gereken önemli yerlerini görerek, bölge hakkında bilgi sahibi olmak isteyen herkese Trip8 platformasını tavsiye ederim.”
Azərbaycan daxili turizmini kəşf etmək istəyirsinizsə, Şəmkir-Gədəbəy marşrutu bunun üçün əla başlanğıcdır. Tarixi izlər, dağ təbiəti və yerli qonaqpərvərlik bu marşrutu Trip8-in ən çox sevilən istiqamətlərindən birinə çevirib. Trip8-in digər marşrutlarına baxın və növbəti Şəmkir-Gədəbəy marşrutuna qeydiyyatdan keçin - bu bölgənin tarixini, təbiətini və qonaqpərvərliyini bizimlə birlikdə kəşf edin.
Тщательно подобранные маршруты путешествий, подходящие к этому путеводителю.

Расположенный в Большом Кавказском хребте, Ат-Яйлагы раскинулся на субальпийских и альпийских лугах Габальского региона — идеальное место для тех, кто хочет ощутить природу в ее первозданном виде. Отсюда открываются захватывающие виды на заснеженные вершины, возвышающиеся более чем на 4000 метров. Эти земли, веками использовавшиеся кочевыми пастухами в качестве летних пастбищ, предлагают редкую возможность увидеть подлинную жизнь Кавказских гор. Панорамный горизонт простирается над Габальским регионом, окружающими деревнями и горными хребтами, словно живая картина. Ат-Яйлагы — это не просто вид, это чувство, воспоминание. Начало: 900 м | Наивысшая точка: 2050 м | Расстояние: 13 км | Продолжительность: 5–6 часов | Сложность: Высокая

Эта программа премиум-класса тщательно разработана для путешественников, разделяющих философию «медленного туризма». Она предлагает глубокое погружение в подлинную жизнь местных деревень, захватывающие дух природные пейзажи и прекрасно сбалансированный маршрут, оставляющий достаточно времени для вечернего отдыха.

Этот турпакет объединяет самые интересные и древние горные деревни Азербайджана по одному маршруту. Путешествие начинается в Хапуте и проходит через Хиналыг, Калахудат и Криз, завершаясь у водопадов Лаза. Древние горные тропы, ставшие свидетелями тысячелетий, богатая история и культура, обильные источники, извилистые каньоны и великолепные горные перевалы составляют суть этого путешествия. Хребет Микстокен Криз-Лаза, древняя Кокашская дорога и водопад Лаза — одна из самых красивых природных жемчужин Кавказа — превращают этот маршрут из простого похода в настоящее горное приключение. Этот тур предназначен для тех, кто хочет почувствовать природу, ощутить дух Большого Кавказа и отправиться в подлинное горное путешествие.